USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Arizona ştatında qələbə qazandı

13.11.2020 İqtisadiyyat
0 0
Demokrat Co Bayden ABŞ-ın Arizona ştatında qələbə qazanıb.

"Kommersant.az" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Bildirildiyi kimi, Bayden Arizonada 11 seçici səsi alıb. Beləliklə, bülletenlərin 99%-i sayılandan sonra demokratların 49,4%, respublikaçıların isə 49,% səs topladığı məlum olub. Bayden və Tramp arasındakı məsafə 11 min səs təşkil edir.

Xatırladaq ki, 3 noyabr tarixində ABŞ-da prezident seçkiləri keçirilib. Əsas namizədlər demokrat Co Bayden və respublikaçı Donald Tramp olub.

7 noyabr tarixində Amerikanın aparıcı kanalları seçkilərdə Baydenin qələbə çalması barədə məlumat yayıb. Qeyd edək ki, rəsmi nəticələr hələ də açıqlanmayıb.

  • Əvvəlki

    Neft yenidən ucuzlaşıb

Digər xəbərlər