USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden danışdı

23.11.2020 İqtisadiyyat
0 0
“Amerika vətəndaşları bundan sonra respublikaçı Donald Trampın prezident seçkilərinin gedişini öz xeyrinə dəyişmək cəhdlərinə səbr göstərməyəcək”.

TASS-ın məlumatına görə, bu sözləri ABŞ prezidentliyinə namizəd Co Bayden deyib.

"Daha bir məhkəmə Tramp və Culianinin əsassız iddialarını, həmçinin onların bizim demokratiyamıza açıq hücumlarını rədd etdi. Məhkəmədən daha aydın heç kim deyə bilməz. Bizim xalqımız, qanunlarımız və institutlarımız daha çoxunu tələb edir, bizim ölkəmiz daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə dözməyəcək", - deyə C.Bayden bildirib.

O, növbəti dəfə qeyd edib ki, Tramp seçkidə məğlub olub və bunu etiraf etməlidir.

  • Əvvəlki

    Döyüşlərdə itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim edildi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0