USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreml Putinin Baydeni nə vaxt təbrik edəcəyinə aydınlıq gətirdi

23.11.2020 İqtisadiyyat
0 0
Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib", - deyə Kremlin sözçüsü vurğulayıb.

D. Peskov qeyd edib ki, bundan əvvəl keçirilmiş seçkilərdə bütün amerikanşünasların, sosioloqların və digərlərinin bütün proqnozları Hillari Klintonun qalib gəldiyini göstərirdi: "Həqiqətən də hər kəs bu barədə baş vermiş fakt kimi danışırdı. Lakin başqa cür oldu".APA

  • Əvvəlki

    Naqif Həmzəyev: “Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək”

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0