USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yaşadığımız vəziyyətdən hamımız narazıyıq" - Paşinyan

25.11.2020 İqtisadiyyat
0 0
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə onun istefası tələbi ilə davam edən etirazlara münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, o, bu barədə "TASS" agentliyinə müsahibəsində açıqlama verib.

"Daxili siyasi gərginliyimiz var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş yayılmadı. Və düşünürəm ki, xalq tərəfindən qurulan hakimiyyət məsələsi yalnız xalqın iradəsinin ifadə edilməsi ilə həll edilə bilər. Fakt budur ki, müxalifətin etdiyi çağırışlar erməni cəmiyyətindən dəstək almır",- deyə Paşinyan qeyd edib.

Paşinyan mövcud vəziyyətdən heç kimin məmnun olmadığını, ancaq cəmiyyətin də başqa bir seçiminin olmadığını anladığını bildirib.

"Düzü, mən də o qədər məmnun deyiləm, yaşadığımız vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirmək üçün yox, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq",- deyə o vurğulayıb.

  • Əvvəlki

    Məşhur aviaşirkətdən sərnişinlərə COVID-19-dan peyvənd məcburiyyəti

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0