USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Johnson & Johnson” Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf etdi

27.11.2020 İqtisadiyyat
0 0
ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

Bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:

"Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə "Johnson&Johnson"un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik".

Qeyd edək ki, bir müddət əvvəl "Johnson&Johnson" "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu "Artsax" adlandırmışdı.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) ASC-nin İT mallarının alınması ilə əlaqədar açıq tender elan edir

Digər xəbərlər