USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zaxarova:Rusiya sülhməramlı kontingentinə qarşı təxribat olmayıb

27.11.2020 İqtisadiyyat
0 0
“Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur”.

"Kommersant.az"ın "RT" kanalına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Dağlıq Qarabağda həftə ərzində vəziyyət sabitləşməyə davam edib. Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkündür. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər", -deyə XİN rəsmisi qeyd edib.

Zaxarova bildirib ki, 9 noyabr bəyanatından irəli gələn məsələlərin hamısı Rusiya rəhbərliyinin diqqət mərkəzində qalır.

  • Əvvəlki

    İlham Əliyev sərəncam imzaladı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0