USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə peyvənd vurulmasına başlanıldı - Əvvəlcə bu şəxslər...

22.12.2020 İqtisadiyyat
0 0
ABŞ-ın Nyu Cersey ştatında COVİD-19-a qarşı peyvəndlər vurulmağa başladı. Eyni adama peyvənd iki mərhələdə - 1-ci peyvənddən iki həftə ötəndən sonra 2-ci vurulacaq. Burda peyvəndlərin vurulması risk qrupları üzrə aparılacaq. İlk mərhələdə həkimlər, yanğın söndürənlər, yaşı 65-dən yuxarı olanlar, astma xəstəliyinin daşıyıcıları peyvənd olunacaq.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə ekspert Qubad İbadoğlu məlumat verib.

Q.İbadoğlu hesab edir ki, Azərbaycanda da ən geci yanvarın 1-dən COVİD-19-a qarşı peyvənd vurulmağa başlamalıdır: "Peyvəndləşmə hər bir Azərbaycan vətəndaşı üçün ödənişsiz olmalıdır. Mütərəqqi ölkələrdə tətbiq olunan yanaşmalar Azərbaycanda da tətbiq oluna bilər. Məlumatınız üçün qeyd edim ki, 2020-ci ilin əvvəlinə Azərbaycanda yaşı 65-70 arasında olan əhalinin sayı 299,3 min nəfər, yaşı 70-dən yuxarı olanların sayı 420,6 min nəfərdir. Azərbaycanda aktiv vərəm xəstələrinin sayı 3613-dir, tənəffüs orqanlarının xəstəliklərinin daşıyıcıları 273,7 min nəfərdir. Böyük ehtimalla onların əksəriyyəti ahıl yaşında olanlardır. COVİD-19-a qarşı peyvəndin haradan alınması da ictimai diqqətdən kənarda qalmamalıdır. Bildiyim qədər hakimiyyət dairələrində Rusiya və ya Çin mənşəli peyvəndin alınması müzakirə olunur. Şəxsən mən hər iki ölkədən peyvənd alınmasının əleyhinəyəm. Hesab edirəm ki, peyvəndin alınması ilə bağlı danışıqlar barədə əhaliyə müntəzəm məlumatlar verilməlidir. Bu məlumatlar arasında mənşə ölkəsi, effektivlik dərəcəsi, sayı, qiyməti kimi informasiyalara çıxış ictimai əlçatan olmalıdır. Eyni zamanda TƏBİB peyvəndləşmənin əhatə dairəsi və mərhələlərinə dair məlumatı da qısa zamanda açıqlanmalıdır".