USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peyvəndlər yalnız zəngin ölkələrdə istifadə olunur - ÜST

19.01.2021 İqtisadiyyat
0 0
Koronavirus peyvəndlərinə bərabərhüquqlu giriş perspektivi təhlükə altındadır.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurasının 148-ci iclasında baş direktor Tedros Adhanom Qebreisus deyib.

Onun sözlərinə görə, hazırda peyvəndlər demək olar ki, yalnız zəngin ölkələrdə istifadə olunur:

"Dünya fəlakətli mənəvi böhranın astanasındadır və bərabər giriş vədi ciddi risk altındadır".

Üst başçısı qeyd edib ki, ən azı 49 yüksək gəlirli ölkəyə 39 milyondan çox dozada peyvənd təyin olunub. Yalnız 25 doza peyvənd ən aşağı gəlirli ölkələrdən birinə bağışlanıb.

O, dünya ictimaiyyətini koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmağa və yaxın 100 gün ərzində dünyanın bütün ölkələrində səhiyyə işçilərini və qocaları peyvəndləməyə çağırıb.

  • Əvvəlki

    Əli Həsənov Vüqar Səfərlinin həbsindən danışdı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0