USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çexiyada fövqəladə vəziyyət elan olundu: Fevralın 28-dək…

15.02.2021 İqtisadiyyat
0 0
Çexiya hökuməti bölgə liderlərinin müraciəti əsasında ağır epidemioloji vəziyyətlə əlaqədar olaraq 14 gün müddətinə - 28 fevral tarixinə qədər fövqəladə vəziyyət rejimi elan edib.

"Kommersant.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindəki mənbələrə istinadən Çexiya TV məlumat yayıb.

Çexiya parlamenti 49 səsdən 48-nin səs çoxluğu ilə Nazirlər Kabinetinin 5 oktyabr 2020-ci ildən bəri qüvvədə olan fövqəladə rejimin uzadılması tələbini rədd edib. Bu baxımdan hökumət ölkə qanunvericiliyində nəzərdə tutulmuş fürsətdən istifadə edərək bölgələrdə koronavirusa yoluxma hallarının artmasından narahat olan bölgə liderlərinin müraciəti əsasında yenidən fövqəladə rejim elan edib.

Bununla yanaşı, Senatın rəhbəri Miloş Vıstrçil və bəzi mütəxəssislər konstitusiya hüququnü əsas tutaraq bölgə rəhbərləri və Nazirlər Kabinetinin bu addımlarını mübahisəli hesab ediblər.

Bazar günü axşam hökumətin mətbuat konfransı keçirəcəyi gözlənilir.

APA

  • Əvvəlki

    “Bunların yaşadıqları evlər it damından artıq deyil” - İlham Əliyev

Digər xəbərlər