USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ABC News”: ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

27.07.2018 İqtisadiyyat
0 0
"ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırdır və bu, avqust ayında baş verə bilər”.

Bu barədə "ABC News" məlumat yayıb.

Avstraliya mümkün hədəflərin müəyyənləşdirilməsində ABŞ-a kömək etməyə hazırdır. Bu ölkə hökumətindən bildiriblər ki, əməliyyat hazırlığı zamanı Avstraliyanın hərbi obyektləri yəqin ki, hədəflərin seçilməsində iştirak edəcək. Analoji rolu Britaniya xüsusi xidmət orqanları da oynayacaq.

Avstraliyanın Şimal ərazisində xüsusilə məxfi kəşfiyyat obyekti var. Bu obyekt ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya xüsusi xidmət orqanlarını birləşdirən "Beş göz" alyansının aparıcı obyektlərindən sayılır. Bu obyekt ABŞ casus peyklərinin idarə olunmasında rol oynayır. İrana hücum hazırlığı zamanı məhz bu obyektdən istifadə oluna bilər. Bundan başqa, Avstraliyanın çox tanınmayan geoməkan kəşfiyyatının analitiklərindən də istifadə olunacağı gözlənilir.

Bununla yanaşı, Avstraliyanın baş naziri Malkolm Törnbull bildirib ki, ABŞ-ın İranla müharibəyə hazırlaşdığını söyləməyə əsası yoxdur.

APA

  • Əvvəlki

    MİDA: Qısa müddətdə güzəştli mənzillərin yenidən satışı ilə bağlı elan veriləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0