Taylandda daşqın nəticəsində 70 mindən çox insan zərər çəkib

05.08.2018 Dünya
Güclü yağışların səbəb olduğu daşqın nəticəsində Taylandda 70 mindən çox insan zərər çəkib.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.
Bildirilir ki, təbi fəlakət ölkənin 9 şimal-şərq əyalətinə təsir edib.
Meteorologiya idarəsi ölkədə avqustun 5-dən 9-dək şiddətli yağış proqnozlaşdırır.