USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"UFC" döyüşçüləri Nurməhəmmədovu təhqir edir - SƏBƏB

07.10.2018 İqtisadiyyat
0 0
Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib.

"Kommersant.az" xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Həbib Nurməhəmmədov murdar heyvandır. O bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", — deyə amerikalı döyüşçü qeyd edib.

Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.

Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.

report

  • Əvvəlki

    İranda sel fəlakəti - 8 nəfər ölüb

Digər xəbərlər