USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya yeni sanksiya siyahısı hazırlayır

13.10.2018 İqtisadiyyat
0 0
Böyük Britaniya Səudiyyə Ərəbistanının rəsmilərinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

"Kommersant.az" xəbər verir ki, buna səbəb jurnalist Camal Qaşıqçının itkin düşməsi məsələsi olub. Məlumata görə, sanksiya siyahısını Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hazırlayır. Sanksiyalar barədə yekun qərar isə araşdırmadan sonra veriləcək. Lakin Xarici İşlər Nazirliyi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post" qəzetinin müxbiri C.Qaşıqçı, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. O, 2017-ci ildən ABŞ-da yaşayırdı.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının, konsulluğun binasını tərk etdikdən sonra itkin düşdüyünü bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Səudiyyə Ərəbistanı, jurnalistin itməsi ilə əlaqəsi olmadığını sübut etməlidir. Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoyun sözlərinə görə, Türkiyə Səudiyyə Ərəbistanından, İstanbulda yerləşən Baş Konsulluğunda baxış aparmaq üçün icazə alıb.

  • Əvvəlki

    Ən çox maaş alan dünya aktyorlarının adları açıqlandı - SİYAHI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0