USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznesmenə sui-qəsd oldu

06.11.2018 İqtisadiyyat
0 0
"Forbes"in siyahısına daxil olan biznesmenə sui-qəsd təşkil olunub.

"Kommersant.az" xəbər verir ki, "RBK"nın məlumatına görə, 3 noyabrda axşam saatlarında naməlum şəxs Oleq Burlakovun "Cadillac Escalade" markalı avtomobilinə atəş açıb. Hadisə nəticəsində iş adamı xəsarət almayıb.

Qeyd edək ki, Rusiyanın 200 ən zəngin adamı siyahısında yer alan iş adamı Oleq Burlakovun 650 milyon dollarlıq sərvəti var. O, "Forbes"in tərtib etdiyi siyahıda 158-ci yerdədir. 69 yaşlı O.Burlakov dünyanın ən böyük yelkənli yaxtalar qrupu olan "Qara incilər"in sahibidir.