"Kommersant.az" xəbər verir ki, Türkiyənin Banklar Birliyindən verilən statistik hesablamalara görə ölkədə bank işçilərinin sayı ötən ilin eyni dönəmi ilə müqayisədə 1721 nəfər azalıb.
Hesabata əsasən hazırda Türkiyədə fəaliyyət göstərən bankların sayı 52 – dir. Depozit banklarının sayı 34, inkişaf və investisiya banklarının sayı 13, ümumilikdə inkişaf banklarının sayı isə 5 – dir.