Dünyanın ən bahalı mayesi

08.11.2018 Dünya
Dünyanın ən bahalı mayesi hesab olunan zəhərin qiyməti inanılmazdır.

“Kommersant.az” xəbər verir ki, şəkildə sarı əqrəb və ya tibbi adı ilə desək, “Deathstalker”i görürsünüz. Sözügedən əqrəbin zəhəri güclü neyrotoksindir. Doğrudur, insan üçün ölümcül hesab olunmasa da, anafilaktik şoka səbəb ola bilir.

Bu zəhərin qiyməti isə 10300000 dollar dəyərindədir. Zəhərin bu qədər baha olmasına səbəb isə ondan xərçəng xəstəliyinin müalicəsi üçün hazırlanan dərmanlarda istifadə olunmasıdır. Hazırda sarı əqrəblər xüsusi fermalarda yetişdirilir və zəhərinin hər zərrəsi əl ilə toplanır.