USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2018 – ci ilin ən yaxşı smartfonları

13.11.2018 İqtisadiyyat
0 0
Ən çox alınan smartfonların siyahısını təqdim edirik.

"Kommersant.az" xəbər verir ki, texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir vaxtda hər gün yeni smartfonlar istehsal olunur. Bəs funksiya, dizayn, qiymət müxtəlifliyinə görə bir-birindən fərqlənən telefonlardan hansı daha yaxşıdır?

1) Xiaomi Pocophone F1 – özündə ən son yenilikləri cəmləşdirən telefon müştərilərin rəğbətini həm də böyük ekranı ilə qazanıb.

2) Xiaomi Mi Max 3 – "Xiaomi"nin bu modeli zərif dizaynı və böyük yaddaş tutumu ilə sevilənlər arasındadır.

3) Huawei Honor 8X – "Huawei"in yeni böyük monitoru, 16 mp kamerası və uzun müddətli enerji saxlaması onu siyahıda üst sıralara çəkir.

4) Samsung Galaxy S8 – çərçivəsiz, kəsintisiz monitor, parol, barmaq izi və üz tanıma kimi 3 fərqli təhlükəsizlik sistemi, dəqiq çəkiliş edən kamerası "Samsung"un bu modelinin sevilməsinə səbəb oldu.

5) Apple iPhone 7 – "Apple" 2018 – ci ildə ən çox alınan və sevilən modeli olaraq yadda qaldı. Ekran ölçüsünün kiçik olmasına baxmayaraq güclü parametrləri malik olan smartfon istifadəçilərindən yüksək qiymət ala bildi.