Azərbaycan Çində şərab evi açdı

8 Noyabr 16:40 Biznes
Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb.

"Kommersant.az" xəbər verir ki, Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) yerləşən “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. “Azərbaycan Şərab Evi”ndə yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur.

“Azərbaycan Şərab Evi”nin açılışına həsr olunmuş tədbirdə qeyd olunub ki, Azərbaycan Çinlə iqtisadi əlaqələrin genişləndirilməsinə, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinə böyük önəm verir.

Sonra tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olublar. Şərab evində məhsulları nümayiş olunan şirkətlərin təmsilçiləri şərab və spirtli içkilər barədə məlumat veriblər.

  • Əvvəlki

    Gürcüstandan gətirilən 26 ton kartof geri qaytarıldı

Digər xəbərlər

9 Noyabr 16:48 Biznes
"Mercedes" Rusiyadan çıxır
0 0
9 Noyabr 15:38 Biznes
Əlil arabası 400 min dollara satıldı
0 0
9 Noyabr 11:51 Biznes
ABŞ-ın silah satışı artıb
0 0
8 Noyabr 15:38 Biznes
"Netflix" Hindistanda serial çəkir
0 0
8 Noyabr 12:59 Biznes
"Toshiba" maye qaz bazarından çıxır
0 0