USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Fransaya təhdid

08.05.2024 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya qoşun göndərmə ehtimalını təkrarladıqdan sonra Rusiyadan sərt cavab alıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Fransız əsgərləri Ukraynaya gəlsələr, Rusiya ordusunun ilk hədəfi olacaqlar, mərhəmət etməyəcəyik" deyib.

Fransanın Ukraynaya əsgər göndərmə ehtimalını istisna etmədiyini deyən Makron, Rusiyanın Ukrayna cəbhə xəttini keçməsi və Kiyevin hərbi dəstək istəməsi halında bu ehtimalın "qanuni olaraq" gündəmə gətirilə biləcəyini bildirib.

Qeyd edək ki, Rusiyanın gərginliyi artırması səbəbindən Fransa Avropa liderlərinin Ukraynaya əsgər göndərməyi düşünməli olacağını vurğulayıb.

Bunun üzərinə Rusiya Fransaya sərt cavab verdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova:

“Əgər Fransa qoşunları Ukraynaya gəlsə, Rusiya ordusunun ilk hədəfi onlar olacaq, biz rəhm etməyəcəyik".