USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir

01.05.2024 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq sərfəli kredit kampaniyasını davam etdirir.

Kampaniya müddətində fiziki şəxslər üçün kreditlər illik 11%-dən başlayır.

Həmçinin müştərilər illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kreditlər əldə edə biləcəklər. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

36 və 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% təşkil edir.

Qeyd edək ki, 23 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208C ünvanında yeni “Sumqayıt KOB ofisi və Rəqəmsal filialı” fəaliyyətə başlamışdır. Filialda fiziki şəxslərə, kiçik və orta biznes sahiblərinə bütün növ bank xidmətləri göstərilir. Eyni zamanda yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətindədir.

Filialın yeni fəaliyyətə başlaması münasibətilə filial tərəfindən istənilən müddətə verilən istehlak kreditləri üzrə komissiya yoxdur.

Hər bir fiziki şəxs Bankdan zaminlə 40 000 manat məbləğinədək kredit götürə bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2024-cü il 31 may daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    Prezident İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir - CANLI

Digər xəbərlər

29.11.2024 Sərfəli Banklar
Yelo kartın dekabr üçün cashback fürsətləri!
0 0
28.11.2024 Sərfəli Banklar
Yelo Bank ilk yerli PR Forumuna dəstək oldu!
0 0