USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku"dan vakansiya

13.02.2023 Bank
11 0
İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti vəzifəsinə vakansiya verilib.

Belə ki, vakansiyaya tələblər aşağıdakılardır:

Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
Sahə üzrə 1 ildən çox iş təcrübəsi
Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
Windows 10 (Server 2016, 2019 arzu olunandır), Microsoft Office 2013, 2016, 2019 proqramları ilə dərindən işləmək bacarığı
Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olmas

Əsas vəzifə və öhdəliklər

Texniki işlərin təlimatlara uyğun yerinə yetirilməsi
Bankın kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi
Profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
Ödəniş sistemlərinin texniki dəstəklənməsi, sazlanması, sertifikatların qurulması
MKR, APUS sistemlərinin texniki dəstəklənməsi və sazlanması
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstifadəçilərin texniki dəstəklənməsi şöbəsinin kiçik eksperti/eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.