"Bakmil"ə giriş-çıxış məhdudlaşdırıldı

5 Noyabr 16:18 Nəqliyyat
Noyabrın 6-dan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.

"Kommersant.az" "Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.