USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 60 min dollardan aşağı düşüb

01.05.2024 İqtisadiyyat
0 0
FED-in faiz qərarından əvvəl Binance-in icraçı direktoru (CEO) vəzifəsindən istefa verən Changpeng Zhao-nun 4 aylıq həbs cəzası almasından sonra Bitcoin-in qiyməti 60 min dolların altına düşüb.

Coinmarketcap-in məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 5,2 faiz azalaraq 2 trilyon 210 milyard dollara düşüb. FED-in faiz qərarından əvvəl Binance-in top meneceri vəzifəsindən istefa verən Changpeng Zhao-nun 4 aylıq həbs cəzası almasından sonra bitkoinin qiyməti son 24 saatda 59 120 dollara düşüb.

23.38 CET tarixinə 59 min 750 dollardan ticarət edilən bitkoinin həftəlik dəyər itkisi yüzdə 10-a yaxınlaşıb.

Martın 14-də 73 750 dollarla bütün zamanların ən yüksək həddinə çatan Bitcoin-in ucuzlaşması 46 gündə 18 faizi ötüb.

Ethereumun qiyməti 3 min dollardan aşağı düşüb. 23.38 GMT-ə olan məlumata görə, Ethereum 2 min 954 dollar səviyyəsində alınıb.

Analitiklər ABŞ-da inflyasiya təzyiqlərinin davam etdiyinə işarə edən məlumatlardan sonra kriptovalyuta bazarında mənfi tendensiyanın müşahidə olunduğunu bildiriblər. FED-in sabah açıqlayacağı faiz qərarından əvvəl kriptovalyuta investorlarının ehtiyatlı olduqları bildirilir.

  • Əvvəlki

    "Azərişığ"ın xalis mənfəəti 4 dəfə azaldı

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Metada nə baş verir?
0 0