USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sistem niyə çökdü? – “İndi baş verənlər göstərir ki...”

09.04.2020 İqtisadiyyat
0 0
İşsizliyə görə görə əhaliyə verilən birdəfəlik müavinət üçün elektron qeydiyyat prosesində çətinliklər yaşanır. Birdəflik müavinət 200 min işsiz üçün nəzərdə tutulub. Onlara iki ay ərzində 190 manat müavinət veriləcək.

Lakin müraciət edənlərin sayı həddindən artıq çox olduğundan online qeydiyyat üçün nəzərdə tutulan e-sosial.az portalı yüklənir. Bu isə qeydiyyat prosesini müşkülə çevirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeydiyyat prosesini asanlaşdırmaq üçün bölgələr üzrə qrafik tərtib etsə də, yenə də çətinliklər yaşanır.

Məsələ barədə Yenisabah.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, qeydiyyat prosesində yaranan problemlər internet resursun hazırlanmasında yol verilən ciddi səhvlərin nəticəsidir.

"Bu kimi məsələlərdə hansısa mərkəzi icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulan qaydada elektron xidmətləri vətəndaşlara çatdırmaq üçün informasiya resursları hazırlayır. Görünür, bu informasiya resurslarının hazırlanmasında müəyyən səhvlərə, tələskənliyə yol verilib. Stress- testlər aparılmayıb. Hansısa resursu hazrlayanda texniki şərtlərə ciddi diqqət yetirmək lazımdır. Bunun bəlli yükü müəyən olunur ki, nə qədər vətəndaş müraiət edəcək, eyni anda nə qədər vətəndaş müraciət edə biləcək və s. Bütün bunlardan sonra stres-testlər keçirilir. Yəni, resusr fəaliyyətə başlamımşdan öncə", - deyə ekspret bildirib.

Onun sözlərinə görə, stress-testi resursu hazırlayan qurum keçirməlidir: "Bütün bunlar üçün vəsaitlər ayrılır. Mütəxəssislərə, ekspretlərə müraciət edilməlidir. Aidiyyatı qurumlar isə prosesə nəzarət etməlidir. Məsələn, ASAN, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi kimi qurmlardan söhbət gedir. İndi baş verənlər göstərir ki, e-sosial.az portalının hazırlanmasında hansısa çatışmazlıqlar var. Ona görə də resusr müraciətlərə cavab vermir və çökür. Deməli, zamanında bu barədə düşünmək lazımdır".

Osman Gündüz hesab edir ki, vəziyyətdən çıxış yolu üçün əlaqəli dövlət qurumları hətəkətə keçməlidir: "Əlavə resurlar qoşulmalı, mexanizmlər tətbiq edilməlidir. Doğrudur, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi bölgələr üzrə qrafik yaradıb. Amma bu halda da problem tam həllni tapmayıb. Hesab edirəm ki, əlaqəli dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində vəziyyətdən çıxmaq olar", - deyə ekspert bildirib.

  • Əvvəlki

    Nazirdən əhaliyə pul yardımı ilə bağlı - ŞAD XƏBƏR

Digər xəbərlər