USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft süni intellektə milyard dollarlıq sərmayə qoymağı planlaşdırır

02.05.2024 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya şirkəti Microsoft, 4 il ərzində Malayziyada bulud saxlama sistemi (Cloud) və süni intellekt infrastrukturuna 2,2 milyard dollar sərmayə qoyacağını açıqladı.

Microsoft-un baş icraçı direktoru (CEO) Satya Nadella, Malayziyada bulud saxlama sisteminə və süni intellekt infrastrukturuna sərmayə qoyuluşu ilə bağlı açıqlamalar verib.

4 il ərzində bu sahələrə 2,2 milyard dollar dəyərində sərmayə qoyulacağını ifadə edən Nadella, Malayziyada süni intellektin çevrilməsinə dəstək verməkdə qərarlı olduqlarını bildirib:

"Rəqəmsal infrastruktur investisiyalarımız Malayziya bizneslərinə iqtisadi artım və innovasiyaları stimullaşdırmaq üçün qabaqcıl texnologiyanı tətbiq etməyə kömək edəcək".

İnvestisiya çərçivəsində təxminən 300 min nəfərin süni intellekt üzrə təhsil alması və milli süni intellekt mərkəzinin yaradılması nəzərdə tutulur.

Microsoft aprelin 30-da İndoneziyada bulud saxlama sisteminə və süni intellekt infrastrukturuna 1,7 milyard dollar sərmayə qoyacağını açıqladı.