Lakin, “bərkgedən” modifikasiyalar tədricən markanın model cərgəsindən yoxa çıxdı. Məsələn, cari nəsil Insignia modeli gücü 260-dan 230 at qüvvəsinə qədər azaldılmış 2,0-litrlik turbomühərrik ilə təchiz edilən GSi daşıyan “qaynar” versiyaya malikdir, lakin “bərkgedən” Insignia OPC modelindən hələ də xəbər yoxdur.