Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Bu il rayonda mövcud olan 345 hektar çay plantasiyalarından 530,2 ton məhsul yığılıb.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Hər hektarın məhsuldarlığı 6,3 sentner artaraq 28,4 sentnerə çatdırılıb.
Astarada yaşıl çay yarpağının emalı məqsədilə 3 çay fabriki fəaliyyət göstərir.