USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya Müdafiə Nazirliyinə kiberhücum

07.05.2024 İqtisadiyyat
0 0
İngiltərə mətbuatı İngiltərə Müdafiə Nazirliyinə məxsus sistemin kiberhücuma məruz qaldığını yazıb. Araşdırmalar davam edərkən Müdafiə Nazirliyi dərhal tədbir görüb və sistemi sıradan çıxarıb. Hücumun arxasında “Çin dövlətinə bağlı aktyorların” olduğu iddia edilib.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, haker hücumu nəticəsində vəzifədə olan hərbçilərin şəxsi məlumatlarını ehtiva edən əhəmiyyətli məlumat pozuntusu baş verib.

Silahlı qüvvələrin bəzi hazırkı və keçmiş üzvlərinin adlarını və bank məlumatlarını əks etdirən əmək haqqı sisteminə icazəsiz giriş əldə edilib və məlumatlar açıqlanıb.

Hadisədən sonra Müdafiə Nazirliyi dərhal tədbir görüb və araşdırmalar davam edərkən sistem sıradan çıxarılıb. Əldə edilən məlumatların nə üçün istifadə oluna biləcəyi məlum deyil.

Britaniya hökuməti hücumun arxasında kimin olduğunu açıqlamayıb. Bu arada, Böyük Britaniya parlamentarilərinə Müdafiə Nazirliyinə aid olan və xidmət personalını hədəf alan sözügedən məlumat pozuntusu barədə məlumat veriləcək.

“Kiberhücumların arxasında Çin dövlətinə bağlı aktyorlar var”

Britaniyanın Sky News televiziyası kiberhücumun arxasında Çinin olduğunu iddia edib.

Baş nazirin müavini Oliver Douden martın 25-də parlamentdəki çıxışında bildirib ki, həm Böyük Britaniyanın seçki monitorinqi agentliyinə, həm də deputatlara qarşı iki ayrı zərərli kiberhücumun arxasında “Çin dövlətinə bağlı aktyorlar” dayanır.

  • Əvvəlki

    Türkiyənin 'süni intellekt' hesabatı

Digər xəbərlər