USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UBS-dən rekord səviyyədə hesabat

07.05.2024 İqtisadiyyat
0 0
Ötən il rəqibi Credit Suisse-i satın alan İsveçrənin ən böyük bankı UBS birinci rübün nəticələrini açıqlayıb. UBS birinci rübdə 1,8 milyard dollar xalis mənfəət əldə edib. Balans hesabatının açıqlanması ilə UBS-in səhmləri yüksəlib.

UBS Group AG-nin açıqlamasına görə, UBS-in birinci rübdə xalis mənfəəti analitiklərin gözləntilərini üstələyən 1,8 milyard dollar olub. Analitiklər bankdan təxminən 600 milyon dollar xalis mənfəət gözləyirdilər. Bankın gəlirləri 15 faiz artaraq 12 milyard dollara çatıb.

Rəqib Credit Suisse-nin 2023-cü ilin iyununda satın alınmasından sonra azaldılmış xərclər banka birinci rübdə mənfəət əldə etməyə kömək etdi.

İnvestisiya ilə də qazanılır

UBS-in investisiya bankçılığı bölməsində də qazanc əldə etməsi diqqət çəkib. Səhm bazarında və istiqraz emissiyası biznesindəki canlanma sayəsində vahidin vergidən əvvəlki mənfəəti 2023-cü ilin dördüncü rübündə 300 milyon dollar itkidən sonra 400 milyon dollar olub.

UBS Credit Suisse-i aldıqdan sonra 2026-cı ilə qədər xərclərə 10 milyard dollardan çox qənaət etməyi planlaşdırırdı.

2023-cü ilin martında ABŞ-da başlayan bank böhranından sonra Avropada da Credit Suisse panikası yaşandı. Credit Suisse-in ən böyük ortağı Səudiyyə Milli Bankının kapitalı artırmayacağını açıqlamasından sonra baş verən hadisələr bankı iflas həddinə sürükləyib.

3,8 milyard dollarlıq alış

İsveçrə birjasında ticarət edilən UBS, böhran yaşayan 167 yaşlı Credit Suisse-i hökumətin 200 milyard frank likvidlik dəstəyi ilə 2023-cü ilin iyun ayında 3,8 milyard dollara satın aldı. UBS-in Credit Suisse-i alması 2008-ci ildə qlobal maliyyə böhranından sonra ən böyük bank alışı kimi qeydə alınıb.

Bu arada, maliyyə nəticələrinin açıqlanmasından sonra UBS-in səhm qiyməti 8 faiz artaraq 2023-cü ilin martından bəri ən yüksək gündəlik artımdır. İsveçrədə illik inflyasiya 1,2 faiz təşkil edir.

  • Əvvəlki

    Bu marşrut üzrə əlavə reyslər təyin edilib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0