Bu banklarda öhdəliklər 2 milyard manatdan çoxdur

4 İyun 09:56 Bank
Bu il aprelin 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.

"Kommersant" bildirir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Amrah Bank", "Access Bank", "Bank Respublika", "Unibank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (76,2%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"nda (5,7%) qeydə alınıb.

20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Bunlar "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "AFB Bank", "NBC Bank", "Express Bank", "Xalq Bank", "Bank Silk Vey", "Rabitəbank", "Atabank", "Naxçıvan Bank", "Bank BTB", "PAŞA Bank", "Bank Avrasiya", "Azər-Türk Bank", "Nikoyl Bank", "Muğan Bank", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı və "AGBank"dır. Ən çox artım "Günay Bank"da (98,2%), ən az artım isə "AGBank"da (1,5%) baş verib.

ABB öhdəliklərinin dinamikasını açıqlamayıb.

4 BANKIN ÖHDƏLİKLƏRİ 2 MİLYARD MANATDAN ÇOXDUR

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 2 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 307,718 milyon manat), "PAŞA Bank" (3 298,728 milyon manat), "Kapital Bank" (2 915,48 milyon manat) və "Xalq Bank"dır (1 958,807 milyon manat).

Qalan 26 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 17 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 3 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 888 min manatdır. (Report)