USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan Türkiyə istiqrazlarına təsiri

26.04.2024 İqtisadiyyat
0 0
Türkiyə istiqrazları JPMorgan-ın müvafiq indeksinə əlavə edilməzdən əvvəl yüksəlib.

Türkiyənin 10 illik lirə istiqrazları, JPMorgan-ın söz mövzusu istiqrazı inkişaf etməkdə olan bazar istiqrazları indeksinə daxil edəcəyini açıqlamasından sonra üçüncü gün də qazancını davam etdirib.

2033-cü ilin oktyabrında ödəmə müddəti bitən istiqrazlar 30 aprel tarixindən etibarən JPMorgan Hökumət İstiqrazları İndeksi-İnkişaf etməkdə olan Bazarlara əlavə olunacaq.

Ümumi çəki 1,13 faiz artacaq

Bu əlavədən sonra Türkiyənin indeksdəki ümumi çəkisi 24 bənd artaraq yüzdə 1,13 olacaq.

İstiqrazlar son üç gündə təxminən 2 lirə artaraq 99,3 lirəyə yüksəlib.

Bloomberg HT-yə danışan mənbələr müvafiq istiqrazlara 2,5-3 milyard TL civarında daxilolma olduğunu bildirib.