USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF: Türkiyə adambaşına düşən gəlirdə dünya ortalamasının altına düşdü

25.04.2024 İqtisadiyyat
0 0
BVF “Dünya İqtisadi Görünüş” hesabatında Türkiyə ilə bağlı təəccüblü məlumatlara yer verib. Hesabata görə, Türkiyənin adambaşına düşən gəliri dünya ortalamasından 1500 dollar yüksək olduğu halda, 2023-cü ildə dünya ortalamasından 500 dollar aşağı düşüb.

Beynəlxalq Valyuta Fondu (BVF) ildə iki dəfə dərc etdiyi “Dünya İqtisadi Görünüş” hesabatını açıqlayıb. Buna görə Türkiyə son 10 ildə adambaşına düşən milli gəlir sıralamasında geriləyib.

Türkiyədə adambaşına milli gəlir 10 il əvvəl dünya ortalamasından 1500 dollar çox olduğu halda, 500 dollar geriləyib. Türkiyə dünyanın ən böyük iqtisadiyyat sıralamasındakı yerini itirdi, amma yenə də 20 ən böyük iqtisadiyyat arasında qalmaqdadır.

Türkiyə adambaşına düşən gəlirə görə dünyada 72-ci yerdədir

Türkiyənin dünya iqtisadiyyatındakı yerinə bir neçə göstəricidən baxmaq mümkündür. Bunlardan birincisi adambaşına düşən milli gəlirdir. BVF-nin 2024-cü ilin aprel ayında açıqladığı hesabata görə, Türkiyədə 2023-cü ildə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 12 min 849 ABŞ dolları oldu. Türkiyə bu gəlirlə dünyada 72-ci yerdə qərarlaşıb.

2013-cü ildə Türkiyədə adambaşına düşən ÜDM 12 min 489 dollar oldu. Türkiyə 2013-cü ildə adambaşına düşən milli gəlirdə 66-cı yerdə qərarlaşıb. Bu halda Türkiyə son 10 ildə 6 pillə geriləyib.