Rubl yenə bahalaşdı - SON QİYMƏT

10.10.2018 Birja
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,22 rubl bahalaşaraq 66,18 rubl olub.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri isə 0,14 rubl bahalaşaraq 76,07 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 66,18 rubl, 1 avro isə 76,21 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 67,70 rubl, 1 avro isə 76,67 rubldur.