Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 21-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 12 (aylıq normanın 51 faizi), Binədə 11 (aylıq normanın 47 faizi), Maştağada 10 (aylıq normanın 36 faizi), Pirallahıda 9 (aylıq normanın 49 faizi), Sumqayıtda 6, Çilov adasında 2, Neft Daşlarında 1 mm; Lənkəran-Astara zonasında: Astarada 17, Lerik, Biləsuvarda 14, Neftçalada 12, Lənkəranda 11, Yardımlıda 9, Kəlvəzdə 6 mm; Naxçıvan MR-da: Ordubadda 10, Şahbuzda 9, Ağdərədə (Ordubad) 5, Naxçıvanda 3, Şərurda 2 mm; Kiçik Qafqaz zonasında: Gədəbəy, Daşkəsəndə 1 mm-dək; Böyük Qafqaz zonasında: Sarıbaşda (Qax) 8, Qusarda 7, Altıağac, Oğuzda 6, Qəbələ, Şabran, Quba, Şəki, Mərəzədə 5, Xaçmaz, Kişçayda (Şəki) 3, Xaltanda 2 mm; Mərkəzi-Aran zonasında: Salyanda 12, Sabirabad, Qazıməmməddə 8, Cəfərxanda 7, Göyçay, İmişli, Kürdəmirdə 4, Zərdab, Beyləqanda 2, Bərdə, Tərtərdə 1 mm-dək olub.
Naxçıvan, Şərur, Daşkəsən, Qəbələ, Şamaxı, Mərəzə, Qrız, Göyçay, Lerik, Kişçayda (Şəki), Sarıbaş (Qax), Yevlax, Qazıməmməddə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Neft Daşlarında 20, Sumqayıtda19, Naftalan, Qum adasında 18, Çilov adası, Bakıda 17, Pirallahıda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 2, dağlıq rayonlarda 8-11, yüsək dağlıq ərazilərdə 14-20, Naxçıvan MR-da 7-11 dərəcə şaxta olub.