USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir “COVID”lə mübarizəyə xərclənən maliyyə vəsaitini açıqladı

07.01.2021 Bank
0 0
““COVID”lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunub”.

"Kommersant.az" xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə deyib. O qeyd edib ki, bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub:

"Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur. Təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaq".