USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Televiziyada maaş çox aşağıdır” - Nərgiz Cəlilova

15.02.2021 Bank
0 0
“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova "Səhər Mərkəzi" proqramına qonaq olarkən deyib.

N. Cəlilova qeyd edib ki, aparıcıların əksəriyyətinin tədbirləri olmur, quru maaşa işləyirlər: "Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq".