USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zakir Nuriyev: "Bugünkü hərrac sistemi effektiv çalışmır"

20.05.2019 Bank
0 0
"Bu günə qədər Azərbaycanda maliyyə sektorunun qeyri-işlək aktivlərinin dəyəri 10 mlrd manat üzərindədir. Bu, bizim iqtisadiyyat üçün olduqca böyük yükdür".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Banklar Asossiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu yükün ədalətli bir şəkildə həll edilməsi olduqca vacibdir.

"Bugünkü hərrac sistemi effektiv çalışmır. Bu hərrac sistemi hökmən elektron hərrac sistemi ilə əvəz edilməlidir. Bu həm şəffaflığın artırılmasına, həm də maksimum iştirakçıların müəyyən edilməsinə şərait yaradar, eyni zamanda iqtisadi dövriyyədən kənar olan real aktivlərin real dövriyyəyə cəlb olunmasına şərait yaradar. Çünki qeyd etdiyimiz 10 mlrd həcmində qeyri-işlək aktivlər həm bağlanmış bankların, həm fəaliyyətdə olan bankların balansında, eyni zamanda Beynəlxalq Bankın ötürülmüş aktivlərində mövcuddur. Hesab edirik ki, bunların daha şəffaf həll edilməsi üçün mütləq elektron hərrac sistemi yaradılmalıdır. Bu məsələyə təkcə hüquqi məsələsinin təkmilləşdirilməsi kimi deyil, həm də iqtisadi artımın elementi kimi baxmaq lazımdır. Hərracın yaradılması ilə biznesin üzərinə düşən yükün azaldılmasına nail olarıq", - Z.Nuriyev vurğulayıb.

Report