“UniBank” müştərilərini məhkəməyə verdi

2 İyul 12:39 Bank
“UniBank” kredit müqaviləsi üzrə mübahisələrə görə müştərisi olan Məmmədov Tural Elçin oğlunu məhkəməyə verib.

“Kommersant” xəbər verir ki, mübahisə məsələsində iddiaçı qismində iştirak edən “UniBank” 1-ci iqtisad məhkəməsində uduzduğu üçün ali məhkəməyə müraciət edib.

Bundan başqa, uduzduğu digər məhkəməyə görə də sözügedən bank kredit müqaviləsi üzrə mübahisələrə görə Abasova Lütfiyyə Güloğlan qızı və Abasov Sahib Abas oğlunu da nəhkəməyə verib.

Qeyd edək ki, bu gün Qürbət Əsgərovun sədrliyi ilə keçiriləcək hər iki məhkəmədə "UniBank" ASC iddiaçı qismində iştirak edəcək.