USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DRC-dən Apple-a şok ittiham: "Qanlı minerallardan istifadə edir"

26.04.2024 Digər
0 0
Konqo Demokratik Respublikasını (DRC) təmsil edən bir qrup hüquqşünas Apple-a məktub göndərərək, smartfonlar kimi texnoloji məhsullarda istifadə edilən mineral ehtiyatların haradan qaynaqlandığı barədə məlumat istəyib.

Robert Amsterdam və William Bourdon da daxil olmaqla bir qrup hüquqşünas Apple şirkətinin baş direktoru Tim Kuka DRC-dəki mineral ehtiyatlarla bağlı məktub göndərib.

DRC-də bir çox mədənlərin qeydiyyatsız fəaliyyət göstərdiyinə diqqət çəkən məktubda Apple-dan "qanlı minerallar" olaraq təyin olunan resursları necə əldə etdiyi soruşulur.

KDC-ni təmsil edən vəkillər Apple-ın cavabının 3 həftə ərzində verilməsini istəyiblər.

Maraqlıdır ki, vəkillər tərəfindən Apple-a göndərilən məktub "Ruanda və özəl təşkilatlar tərəfindən DRC-də yeraltı sərvətlərin qeydiyyatsız çıxarılması" ilə bağlı tənqidlərdən sonra gəlib.

Koltan və kobalt istehsalında dünya lideri

Dünya texnologiya nəhənglərinin ehtiyac duyduğu kobalt və koltan kimi bir çox qiymətli minerallara sahib olan DRC, illərdir silahlı qruplar və qaçaqmalçılar tərəfindən ölkədən qaçaq yolla gətirilən maliyyə sərvətlərini qorumağa çalışır.