Bu bank BOKT yaradıb

14 May 11:06 Bank
Bu ay Azərbaycanda daha 2 bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb

"Kommersant.Az" xəbər verir ki, bu barədə məlumatı Vergilər Nazirliyi yayıb.

Məlumata görə, nazirlik mayın 3-də "Birkart" MMC BOKT-u dövlət qeydiyyatına alıb. "Kapital Bank" ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox - 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.

Mayın 8-də isə "Solis Kapital" MMC BOKT dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ("Caspian Plaza" biznes mərkəzi), nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Nazim Əziz oğlu Kərimovdur.

  • Əvvəlki

    “Azərbaycanda yüksək dövlət investisiyaları zəifliyi kompensasiya edib”

Digər xəbərlər

18 Sentyabr 17:05 Bank
Dolların sabaha olan məzənnəsi
0 0
18 Sentyabr 09:15 Bank
Dolların bu günə olan məzənnəsi
0 0