Əmlak qeydiyyatında yeni layihə - İKİ QURUM RAZILAŞDI

31 Oktyabr 12:40 İnşaat və Əmlak
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir.

Komitədən "Kommersant.az"a daxil olan məlumata görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı həmin an onlayn müəyyənləşəcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq.

Tədbir noyabrın 1-i saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq.

  • Əvvəlki

    "Facebook" istifadəçiləri artıb

Digər xəbərlər

12 Noyabr 10:30 İnşaat və Əmlak
57,8 milyard dollarlıq razılaşma və Azərbaycanın payı
0 0
6 Noyabr 12:07 İnşaat və Əmlak
"Fiat Doblo" 3500 manata satıldı
0 0
5 Noyabr 14:24 İnşaat və Əmlak
“Kütləvi çıxarış” Sumqayıtda olub
0 0
5 Noyabr 10:59 İnşaat və Əmlak
Poliklinika hərraca çıxarıldı
0 0
29 Oktyabr 21:19 İnşaat və Əmlak
Bakıda torpaqlar ucuzlaşır
0 0
22 Oktyabr 11:47 İnşaat və Əmlak
Daşınmaz əmlakın yeni qeydiyyat ofisi açıldı
0 0
20 Oktyabr 11:39 İnşaat və Əmlak
Xaricilərə ev satışı artıb - TÜRKİYƏDƏ
0 0
19 Oktyabr 16:10 İnşaat və Əmlak
Kirayə evlər ucuzlaşacaq - TARİX AÇIQLANDI
0 0
18 Oktyabr 11:25 İnşaat və Əmlak
7 nəfər cərimələndi - 2600 MANAT
0 0