İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışı təqdim olunub.
Mərkəzdən "Kommersant"a verilən xəbərə görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 mln. dollar təşkil edib.
“2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon dollar və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon və Çinə 19,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.