Əcnəbilər bank kartları ilə 107 mln. manatlıq əməliyyat aparıb

03.07.2018
İqtisadiyyat
0
0
2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
"Kommersant" xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin iyun ayı üçün buraxılışında öz əksini tapıb.
"İxrac İcmalı"nda qeyd olunub ki, 2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib.
Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 mln. manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16% artıb.
Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 21 faiz artaraq 513,7 mln. manat təşkil edib.
Digər xəbərlər

14.10.2025
İqtisadiyyat
Hollandiya hökuməti Çinin çip istehsalçısı Nexperia şirkətini ələ keçirib
0
0

14.10.2025
İqtisadiyyat
Fransız nəhəngi 2026-cı il üçün qızıl proqnozunu bir unsiya üçün 5000 dollara yüksəldib
0
0

14.10.2025
İqtisadiyyat
Ticarət Müharibəsində Yeni Akt: Çin ABŞ Gəmilərindən Liman Haqqları Toplama Başlayır
0
0