Energetika naziri: "Tənzimləyici orqan artıq formalaşdırılıb"

04.10.2018 Energetika
Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.

"Kommersant.az" xəbər verir ki, energetika naziri “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxış edib. Nazir çıxışında yeni texnologiyaların enerji sektoruna təsiri, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması kimi məsələlərin ölkələrin enerji siyasətində prioritetə çevrildiyini qeyd edib.

Azərbaycanın enerji sektorunda qlobal çağırışlara uyğun islahatyönümlü kompleks tədbirlərin həyata keçirilməsindən danışan Pərviz Şahbazov bildirib ki, bütün bu tədbirlər energetika sektorunda effektiv tənzimləmə sayəsində müsbət nəticə verə bilər: “Tənzimləyici orqan artıq formalaşdırılıb. Enerji sektorunda çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib.”

Qeyd edək ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak ediblər.

  • Əvvəlki

    Səudiyyə Ərəbistanı neft hasilatını artırır

Digər xəbərlər

14.12.2018 Energetika
Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb
0 0
13.12.2018 Energetika
Neftimizin bu günə olan qiyməti
0 0
12.12.2018 Energetika
Azərbaycan neftinin son qiyməti
0 0
11.12.2018 Energetika
Neftimiz ucuzlaşdı
0 0