USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

General Motors Teslanın təcrübəçilərini işə götürüb

08.05.2024 İqtisadiyyat
0 0
General Motors Tesla-da işdən çıxarılanların arxasınca getdi. Amerika nəhəngi təcrübə proqramları üçün Tesla tərəfindən təklifləri geri götürülmüş insanları tutmağa çalışır.

Tesla keçən ay bir çox yüksək səviyyəli işçilərini işdən çıxardıqdan sonra General Motors (GM) bu vəziyyəti öz xeyrinə çevirəcək bir addım axtarır.

Müstəqil Türkcədə çıxan xəbərə görə, General Motors-un istedadların əldə edilməsi üzrə strateqi Laura del Amo LinkedIn-də yazıb ki, şirkət Tesla-nın qarşıdan gələn yay təcrübə qrupuna daxil edilməli olduğu halda vəzifələri ləğv edilən proqram təminatı tələbələrini işə götürməkdə maraqlıdır.

Teslanın rəhbəri İlon Mask aprel ayında elektrik avtomobil nəhənginin 140 min nəfərlik qlobal işçi qüvvəsinin 10 faizini işdən çıxaracağını açıqlamışdı.

Tesla yay təcrübələrini də ləğv etdi. GM artıq bu ləğvdən yararlanmağa çalışır.

  • Əvvəlki

    Yunanıstanın baş naziri Miçotakisdən Türkiyə ilə bağlı açıqlama

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0