Səudiyyə Ərəbistanı neft hasilatını artırır

04.10.2018 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 1,3 milyon barelə çatdıra bilər.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih "Rusiya enerji həftəsi" adlı Beynəlxalq Forum çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. "ABŞ-ın, OPEK-in gündəlik neft hasilatını 1,42 milyon barelə çatdırma gücünə malik olması haqqında yanaşması ilə razısınız?" sualına nazirin cavabı belə olub:

"Biz hasilatı təqribən 700 min barelə qədər artırdıq, qısa müddətdə gündəlik hasilatı 1,3 milyon barelə də çatdıra bilərik".

Sonradan Səudiyyə Ərəbistanı nazirinin nümayəndəsi bildirib ki, Xalid Əl Falih yalnız ölkənin potensialı haqqında danışıb.

  • Əvvəlki

    Hər ailəyə 10 arı ailəsi verilib

Digər xəbərlər

17.03.2023 İqtisadiyyat
ABŞ-da tənəzzül proqnozu
17 3
17.03.2023 İqtisadiyyat
Dizel qiymətlərində rekord eniş
41 3