Mənzili bir neçə nəfərə satmağın cəzası elan edilib

01.06.2018 Hadisə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Kommersant.Az" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prokuror çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ç. Məmmədov "İdeal - V" tikinti şirkətinin direktoru, İ. Məmmədov isə təsisçisi olub. Onlar bir mənzili bir neçə nəfərə satıblar. Zərərçəkmişlərə vurulan ziyanın 3 milyon manatdan çox olduğu bildirilir.