USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN avtomobil sahiblərinə müraciət etdi

27.10.2020 Hadisə
0 0
Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılıb.

ƏTRAFLI

Daxili İşlər Nazirliyi məlum hadisə ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə deyilir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli insanlara etibar edin: "Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".