USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mastercard Çində kredit kartı əməliyyatlarına başlayır

10.05.2024 İqtisadiyyat
0 0
ABŞ-ın ödəniş sistemi şirkəti Mastercard-ın Çində yuan depozitləri ilə debet və kredit kartı əməliyyatlarına başladığı bildirilib.

Sinxua agentliyinin məlumatına görə, Mastercard-ın Çində NetsUnion ilə tərəfdaşlığı rəsmən fəaliyyətə başlayıb. Şirkət 3 illik müraciət prosesindən sonra 2023-cü ilin noyabrında Çin Mərkəzi Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyasından əməliyyat lisenziyası alıb.

Mastercard-a verilən icazə Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində bir addım kimi qiymətləndirilir.

American Express-ə 2020-ci ildə ölkədə əməliyyat lisenziyası verilib, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur.

Çində bank və kart əməliyyatlarında dövlətə məxsus UnionPay şirkəti üstünlük təşkil edir. Ölkədə AliPay və WeChat Pay onlayn ödəniş sistemlərindən də geniş istifadə olunur.

  • Əvvəlki

    Alfa Romeonun xüsusi seriyası Türkiyədə satışdadır

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Metada nə baş verir?
0 0