Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb

7 İyun 11:14 Birja
Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-may ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Kommersant" Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 2 990 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 2 535 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 269 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 156 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 692 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 280 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 2,989,955,347.54
2 Unicapital 2,534,962,952.61
3 İnvest-Az 2,268,492,145.03
4 AzFinance 2,155,686,821.55
5 Xalq Kapital 692,315,675.48
6 PSG Kapital 279,740,148.65
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.